“Schneider Electric”x9d ADNSU-ya tələbələrinə paylayıcı qurğu hədiyyə etdi

“Schneider Electric”x9d ADNSU-ya tələbələrinə paylayıcı qurğu hədiyyə etdi

Hazırda oxunan: “Schneider Electric”x9d ADNSU-ya tələbələrinə paylayıcı qurğu hədiyyə etdi

181281

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, enerji idarəetməsi üzrə dünya liderlərindən biri olan “Schneider Electric”x9d şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Elektromexanika”x9d kafedrasına Premset 6-15kV kompakt modullu paylayıcı qurğusunu hədiyyə edib. Bu qurğu öz analoqları arasında ilk dəfə olaraq bərk izolyasiya ilə ekranlaşdırılmış-2SIS sisteminə malikdir. Bu sistem yük açarı, ölçü-nəzarət cihazları, cərəyan və gərginlik transformatorları ilə təchiz edilib.

Öz sinfi üzrə ən təhlükəsiz və etibarlı olan bu paylayıcı modul intellektual elektron qurğusu ilə də təchiz edilib ki, bu da eyni zamanda ölçmə, avtomatik idarəetmə, diaqnostika və nəzarət kimi funksiyaları yerinə yetirir.

Tədris prosesində Premset 6-15kV kompakt modullu paylayıcı qurğusundan istifadə edilməsi, tələbələrin energetika sisteminin yarımstansiyalarında tətbiq edilən ən müasir qurğu üzrə real olaraq istismar vərdişlərinin və bacarılarının formalaşmasında müstəsna rol oynayacaq.

Qeyd edək ki, ADNSU ilə “Schneider Electric”x9d arasında rəsmi əməkdaşlığın əsası 2017-ci ilin aprel ayından qoyulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO