AMEA vitse-prezidenti Fəlsəfə İnstitutunda nəyi

AMEA vitse-prezidenti Fəlsəfə İnstitutunda nəyi "biabırçılıq" adlandırıb?

Hazırda oxunan: AMEA vitse-prezidenti Fəlsəfə İnstitutunda nəyi "biabırçılıq" adlandırıb?

169882
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda bir neçə müddət öncə baş verən qalmaqallar barədə kifayət qədər materiallar dərc olunub.xa0

Bu institutda baş verən münaqişələr nəhayət bu qurumun parçalanması ilə nəticələndi. Hüququ fəlsəfədən ayırdılar. Lakin buna baxmayaraq hələ də institutun taleyi qeyri-müəyyən olaraq qalır. Belə ki, institutda qarşıdurmaların əsas fiqurlarından biri olan direktor İlham Məmmədzadə kollektivdə nüfuzunu tam itirib. Onun izaholunmaz idarəçiliyi həm də Yeni Azərbaycan Partiyasına münasibətində də özünü göstərib.xa0

Mötəbər mənbələrdən Moderator.az-a verilən məlumata görə bu ilin fevral ayının 17-də AMEA-nın vitse - prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın aqrar məsələlər üzrə müşaviri akademik Qərib Məmmədov və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Fəlsəfə İnstitunda YAP dayaq təşkilatının yaradılması məqsədilə təşrif buyurublar. İndiyə qədər ölkənin ideoloji institutlarının birində hakim partiyanın dayaq dəstəsinin olmaması qonaqları xeyli təccübləndirib. Akademik İsa Həbibbəyli bunu “biabırçılıq”x9d adlandırıb. Yəqin ki, bu faktın özü də İlham Məmmədzadənin karyerasına son qoyulmasında mühüm rol oynayacaq.xa0

Mənbə bildirir ki, İlham Məmmədzadənin bu institutda apardığı anti-milli fəaliyyəti barədə elmi ictimaiyyət məlumatlı idi. Lakin mötəbər şəxslərin instituta gəlişi onun anti-ideoloji fəaliyyətini də ortaya qoydu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO