Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo Bereli”x9dlərin rəhbəri general Zəkai Ağsaqallı ilə Suriyanın Hələb şəhərinin Əsəd rejiminin əlinə keçməsini təmin edən İran İnqilab Keşişçilərinin “Qüds”x9d elit birliyini komandiri general Qasım Süleymaninin yolları İŞİD-ə qarşı Rakka əməliyyatında kəsişəcək.
Bu barədə təhlükəsizlik üzrə analitik Mətin Gürcan deyib.
Qasım Süleymani 1979-cu ildə Mahabadda kürd etirazlarının qarşısını alınmasında və İran-İraq müharibəsində iştirak edəndən sonra məşhurlaşıb. Ona “İranın qılıncı”x9d da deyirlər. Süleymani İranın xarici əməliyyatlarına rəhbərlik edir. Suriyada Bəşər Əsədi dəstəkləyən İran Süleymaninin rəhbərliyi altında müharibə aparır.
Zəkai Ağsaqallı isə əfsanəvi “Bordo Bereli”x9d xüsusi təyinatlı qüvvələrin rəhbəridir. O, PKK-ya qarşı mübarizədə məşhurlaşıb. Həmçinin, Azərbaycan ordusuna təlim keçən komandir olaraq da tanınır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların qarşısını alan şəxslərdən biri olub.
M.Gürcan qeyd edib ki, artıq bölgədə İranın qəhrəman kimi təqdim etdiyi Süleymaninin güclü bir rəqibi var.
Keçmiş “Bordo Bereli”x9d olan Mətin Gürcan qeyd edib ki, Ağsaqallı da, Süleymani də millətçidir.
“Hər ikisi ABŞ-a qarşıdır və regiondakı bütün problemlərin qaynağının Amerika olduğunu hesab edirlər. Lakin heç biri Rusiyapərəst deyil”x9d, - deyə o bildirib.(Publika.az )



































































































