Ağsuda dəhşətli qəza olub, yaralılar var

Hazırda oxunan: Ağsuda dəhşətli qəza olub, yaralılar var

163674

Ağsuda ağır yol qəzası baş verib,xəsarət alanlar var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, VAZ 2107 markalı avtomobilin sürücüsü Abdıyev Malik Səlim oğlu həmin yolda hərəkətdə olarkən qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşub. 

Nəticədə Ağsu rayon sakinləri VAZ 2107- nin sürcüsü 32 yaşlı Abdıyev Malik Səlim oğlu və hər iki maşının sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, VAZ-ın sürücüsünün 7 yaşlı qızı Abdıyeva Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. 

Hazırda fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO