Ata və oğul oğurluğa görə SAXLANILDI 

Hazırda oxunan: Ata və oğul oğurluğa görə SAXLANILDI 

163621

Əvvəllər məhkum olunmuş ata və oğlu saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, vətəndaşa məxsus bank kartından 3770 manatın oğurlanması barədə polisə məlumat daxil olub. 

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO