İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.xa0
Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.



































































































