Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb 

Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb 

Hazırda oxunan: Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb 

151133

Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Bizim.Media-ya Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Bildirilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO