Bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

Hazırda oxunan: Bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

149342
Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.xa0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az -a verilən məlumata görə, yarımadada şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacaq.
xa0
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 28-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq.xa0

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO