Dünən gənc şairlərin Sumqayıtdakı görüşündən bəhs etmişdik. Həmin ədəbi məclisdə çağırılmamış qonaq qismində iştirak edən Ənvər Məsudun (Ənvər Əhməd) sosial şəbəkədə paylaşdığı statusu olmasaydı, bu mövzuya qayıtmağa ehtiyac yox idi. Məclisin, yəni tədbirin aparıcısı İbrahim İlyaslının son zamanlar şairlik iddiasında bulunan Ənvər Məsuda çıxış üçün söz verməməsi, ikincinin qəzəbinə səbəb olub. İnsafən, Ənvərin yaşı, saçının bəyazlığı orda söz demək haqqının olmasına imkan verirdi. Bəs nədən İ.İlyaslı Ə. Məsudun söz boğçasının ağzını büzüb? Məgər İbrahim İlyaslı aparıcısı olduğu məslislərdə (burda toyu da nəzərdə tuturam) söz verdiyi kəslər hamısı şair və yazıçı olubmu?. Yəqin ki, yox!
Mən ədəbi arenada paxıllığın, qısqanclığın, özündənrazılığın, müşdəbehliyin həmişə şahidi olmuşam. Ancaq dediklərimin əsla dünənki tədbirə dəxli yoxdur. Sadəcə, sözügedən statusdan sonra hər iki tərəfin şəbəkə dostlarının qılıncını qınından sıyırıb döyüşə atılmaları mənə maraqlı gəldi. Və məclisə pərxaşlıq qatan Ə. Məsudun statusuna biganə qala bilmədim. Ə. Məsudu xeyli vaxtdı tanıyıram, vaxtsız dünyasını dəyişən gözəl şairimiz Əli-Ağa Aslan ortaq dostumuz idi. Ədəbi söhbətlərimiz çox olub. Bilirəm ki, Ənvər Əli-Ağa Aslanı çox sevir və onu əzbər bilir. Ancaq şeir yazdığını son dönəmlər bildim. Uğurlar olsun. Nə deyə bilərik ki?
İ.İlyaslı Ə. Məsudun giley yüklü statusuna cavab olaraq deyir:“...Mən Ənvər Məsud deyə bir şair tanımıram və ona söz verməməyimə də təbii baxıram.”x9d Və ardınca orada iştirak edən xanım jurnalisti görmədiyini təəssüflə dilə gətirir. Bu məqamda məni Qərbdən gələn yerlibazlılıq havası vurdu. İ. İlyaslının hər iki fikri, yumuşaq desək, onun düzgün düşünmədiyinin məntiqi ifadəsidir. Deməli, həmin məclisdə çıxış etməsi üçün adamın titulu olmalı, yerlin olmalı, nəhayət sənə yaxşılığı (xidməti) keçməlidi. Hərçənd ki, İ.İlyaslı Ə. Məsuda “Sən artıq şairsən, guya başqaları səndən artıq nəsə yazır ki?”x9d deməklə etiraf da edib...
Yuxarıda Ənvəri xeyli zamandı tanıdığımı dedim. İbrahimi də lap çoxdan tanıyıram. Ortaq dostlarımızın isə sayı-hesabı (maşallah) kifayət qədərdi. Qısaca deyəcəm, İbrahim son illər tənqidə və tutulan iradlara qarşı çox dözümsüzlük nümayiş etdirir. Dediklərimə söykənmək üçün əsaslarım var. Bu da mənə elə gəlir ki, sırf yaş amiliylə bağlıdı. Allah ömür versin.
Birdə ki, İ. İlyaslını belə mühafizəkar, “insiharçı”x9d olması başadüşüləndi. Adam uzun müddət indi suyu quruyan, “yerində göydələnlər ucalan”x9d “Dəniz”x9d də kapitanlıq edib. O dövrlər ağ vərəqə bircə misra cızan adam belə İbrahim müəllimin nəzarətində olub. İndi 45 yaşlı Ə. Məsud həm xəlvət şairlik edir, həm də gəlib məclisdə şeir-zad oxumaq istəyir. Bu lap ağ eləmək oldu. Üzü qara olsun zəmanənin və SÖZÜ bu günə salanların, gör hardan-hara gəldik.
Ə.Məsud unutmamalıdır ki, İbrahimin “Dəniz”x9di qurusa da, gəmisi quruda qalmayıb, hələ hakimiyyəti davam edir. Ə.Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktorudur. Bu da o deməkdir ki, şəhərdə beyninə şeir-meir gələn kəs, mütləq qosqoca poeziya klubuna baş çəkməli, orada “ədəbi hava”x9d udub qələmə sarılmalıdı. Bu, şair, yazıçı olmaq istəyənlərin hamısına aiddir...
Ə. Əhməd (Ə. Məsud) həmişə müxalifətdədir-siyasi və bu gün də ədəbi baxışıyla (davranışı da demək olar). Ona görə də rahat həzm olunmasını yanlış düşünür. Ə. Məsud “facebook”x9d səhifəsində paylaşdığı şeirlərinin az qala hamısının girişində proloq verir. Şeirlərini kimə, nəyə, hansı səbəbdən yazdığını sanki oxucuya zorla “yedirtmək”x9d istəyir. Yəni, “gec gəlmişəm, güc gəlmişəm”x9d, düşünür... Bu da təbii ki, onun yaş amiliylə bağlıdı. Axı yaşı qırxı keçib... Həm də bu addım Ənvərin özündənrazılığın, eyni zamanda, təbinə güvənsizliyinin təzahürüdü.
Namiq Dəlidağlı


































































































