Mehman Şükürov mədəni xidmətə görə təltif edildi...

Mehman Şükürov mədəni xidmətə görə təltif edildi...

Hazırda oxunan: Mehman Şükürov mədəni xidmətə görə təltif edildi...

142731
Sumqayıtın mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər.

Moderator.az xəbər verir ki, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun da qatıldığı tədbirdə tanınmış meyxana ustadı Namiq Məna, sənətçilər Habil laçınlı, Təhmiraz Şirinov ilə yanaşı özfəaliyyət kollektivlərinin solistləri də çıxış ediblər.xa0
Tədbirdə Əməkdar artist Rauf Ağakişiyevin ifasında hərbi vətənpərvər rulu şeirlər, solistlər İbrahim Fərzəliyev, Günay sadıqova, Leyla Məmmədli, İlkin Əlizadə, Fəhmin Əhmədov, Gülzar Fərəcova, Nigar Şamilqızının ifasında xalq və bəstəkar mahnıları, aşıq Səbinə Gədəbəylinin ifasında saz havaları əsgər və zabitlərimiz tərəfindən alqışlarla qarşılanıb.
Sonda hərbi hissələrə göstərdiyi mədəni xidmətə görə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov fəxri fərmanla təltif edilib.
Tədbirdə 2-ci dünya müharibəsi veteranı Mirməhəmməd Əliyev,Corat qəsəbə ağsaqqallar şurasının sədr müavini Fəxrəddin Behbudov,AVMB-nin Sumqayıt şəhər təşkilatının sədr müavini Zəkəriyyə Rəhimov çıxış ediblər.
Corat mədəniyyət evinin özfəaliyyət kollektivilərindən aparıcı və bədii qiraətçi Əliağa Tapdıq “Azərbaycan deyəndə”x9d şeirni söylədi. Müğənilərdən Təranə Nurlu,Aqil Heydərli,Aysel Həsənzadənin rənga-rəng çixişları zabit və əsgərlər tərəfindən alqışlarla qarşılanıb.xa0
Daha sonra Hərbi Hissə komandirinin müavini mədəniyyət evinin kolektivlərinə və gələn qonaqlara öz təşəkkürünü bildirib, bayram münasibətilə təbrik edib.

Sumqayıt şəhər Mədəniyyət və Turizmxa0
Idarəsinin mətbuat xidməti



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO