Prezidentlərin Sankt-Peterburq görüşü barədə erməni ekspetlərin fikirləri

Prezidentlərin Sankt-Peterburq görüşü barədə erməni ekspetlərin fikirləri

Hazırda oxunan: Prezidentlərin Sankt-Peterburq görüşü barədə erməni ekspetlərin fikirləri
141213
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Xəbər verdiyimiz kimi, iyunun 20-də Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan respublikalarının prezidentlərinin görüşü olacaq.

Moderator.az Rusiya və Ermənistan mətbuatına istinad edərək görüş barədə erməni ekspertlərinin fikirlərini təqdim edir.

Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryanın fikrincə, Ermənistan ATƏT-in indiki sədrinin xüsusi nümayəndəsinin səlahiyyətlərinin artırılması, sərhəddə baş verən insidentlərin araşdırılması, habelə münaqişə zonasında sülhün bərqərar edilməsinə çalışmalıdı.

Zakaryanın fikrincə, görüşün yekunları Azərbaycan tərəfinin mövqeyindən asılıdır. Zakaryan “Rusiyanın vasitəçiliyi ilə Azərbaycanı Dağlıq Qarabağ məsələsini hərbi yola həll etmək fikrindən daşındırmağa”x9d ümid etdiyini bildirib.

Digər ekspert, Ermənsitanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan prezidentlərin görüşündə heç bir irəliləməni gözləmədiyini bildirib.

Arutunyan da sərhəddə insidentlərin araşdırılması mexanizmlərinin işə salınmasına Azərbaycanın razılıq verəcəyinə ümid etdiyini bildirib. 

Arutunyanın fikrincə, Azərbaycan şantaj yolu ilə ona Qarabağı verəcək sənədi almağa çalışır və hər dəfə müharibəyə başlamaq hədəsi ilə Ermənistanı güzəştlərə getməyə məcbur etmək istəyir.

“Azərbaycan və Ermənistan tərəflərinin maraqları həmişə bir-birinə zidd olub və bu ziddiyyətlər vaxtaşırı münaqişələrə gətirib çıxarıb”x9d, - deyə Qafqaz institutunun direktoru politoloq Aleksandr İsgəndəryan yazır.

Aleksandr İsgəndəryan hətta hər hansı bir razılıq əldə edilmədiyi təqdirdə belə prezidentlərin görüşünü yüksək qiymətləndirir.

“Təcrübə göstərir ki, danışıqlar prosesi gedən münaqişələr daha yaxşı istiqamətdə inkişaf edir. Bu hər halda tərəflərin bir-birinə nişangahdan baxmasından yaxşıdır”x9d, - deyə o bilidirb.

"Bu münaqişənin nizama salınması deyil, münaqişəni müzakirələrə transformasiya edilməsi cəhdidir. Tərəflər razılığa gəlməyəcək, lakin danışacaqlar",- deyə o qeyd edib.

İsgəndəryanın fikrincə, Azərbaycan və Emənistanın münaqişəyə baxışları o qədər fərqlidir ki, danışıqlar prosesinin formatını seçmək belə çətindir.

İsgəndəryan Azərbaycana təsir göstərəcək mexanizmlərin tapılmasının zəruri olduğunu söyləyir, lakin Azərbaycanın tutduğu mövqe səbəbindən bunun çətin olacağını dilə gətirir.

İsgəndəryan Dağlıq Qarabağ rəhbərliyinin üçüncü tərəf cəlb olunmasına nail olmağa çağırıb.

"Azərbaycanı müzakirə apara biləcək şərtlərinə gətirmək lazımdır və beynəlxalq birliyin bunun üçün əlində hər cür rıçaqlar var",- deyə Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti politiloq Ruben Mehrabyan bildirir.

Onun fikrincə, görüşün nəticəsi ABŞ-ın Azərbaycanı məntiqli məcrada tutub saxlayaraq, münaqişəyə baxış tərzinin ritm və tempindən asılıdır.

Mehrabyann firkincə, regionda mövcud olan “status-kvo”x9d “Daqlıq Qarabağ əhalisinin fiziki təhlükəsizliyini qoruyur”x9d.

“Status-kvonun dəyişməsindən o zaman danışmaq mümkündür ki, buna ekvivalent olan təhlükəsizlik faktorları işə düşsün”x9d, - deyə o bildirib.

Mehrabyan Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsinin Kosovo münaqişəsində həyata keçirilən mexanizmlə həllinə nail olmanın vacibliyini söyləyir. Status quo ante bellum (Müharibədən öncəki vəziyyət-red.) artıq mümkün deyil və bunu Azərbaycana təlqin etdirmək lazımdır”x9d, - deyə erməni ekspert söyləyib.

Ruben Mehrabyan da danışıqların üçtərəfli, yəni separatçı rejimin də müzakirələrə cəlb olunmasının Ermənistana vacib olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO