Qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.
İyunun 7-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Elm və təhsil komitəsi ilə birgə keçirdikləri iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında”x9d Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə”x9d məsələyə baxılıb.
Bu barədə Moderator.az -a Milli Məclisini mətbuat xidmətindən məlumat verilib.xa0
Qanun layihəsini Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.
I vitse-spiker deputatlara məlumat verdi ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.xa0
Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək xa0çağırışdan möhlət hüququ veriləcək. xa0
Sonra Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsinə dair fikirlərini bölüşüb. “Hərbi vəzifə və hərbi xidmət haqqında”x9d qanunda bu mütərəqqi dəyişikliyə görə ölkənin elmi ictimaiyyəti və təhsil ictimaiyyəti adından Azərbaycan Prezidentinə minnətdarlıq bildirən komitə sədri qeyd etdi ki, magistr və doktorantlara çağırışdan möhlət hüququnun verilməsi təhsilin fasiləsizliyini təmin edəcək, gənclərin elmə gəlişinə təkan verəcək.xa0
Hər iki komitədən deputatlar rəylərini bildirdikdən sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında”x9d Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə”x9d qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Gündəlikdəki digər məsələlərin şərhi zamanı bildirilib ki, “Hərbi qulluqçuların statusu haqqında”x9d qanuna edilən texniki xarakterli dəyişiklik vətəndaşların hüquq və mənafelərinin qorunması baxımından çox vacibdir. xa0“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”x9d və “Sərhəd qoşunları haqqında”x9d qanunlara təklif olunan dəyişikliklər isə qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır.xa0
Yekunda qərara alındı ki, komitədə baxılan bütün məsələlər Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunsun.





























































































