158 nömrəli məktəbdə daha bir İNSİDENT – Dərnək rəhbəri XƏSTƏXANALIQ oldu – ÖZƏL  

Hazırda oxunan: 158 nömrəli məktəbdə daha bir İNSİDENT – Dərnək rəhbəri XƏSTƏXANALIQ oldu – ÖZƏL  

138166

Yasamal rayonu 158 nömrəli orta məktəbdə daha bir insident yaşanıb. Bu dəfə məktəbin dərnək rəhbəri xəstəxanalıq olub.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə hadisə ötən gün günorta  saatlarında baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı məktəbində İNSİDENT – “Patı” satdığı iddia edilən şagirdin atası müəllimə HÜCUM ÇƏKDİ - ÖZƏL


Məktəbin həyətində keçirilən idman dərsi zamanı voleybol oynayan 10-cu sinif şagirdi qaçaraq təhsil müəssisənində çalışan dərnək rəhbəri Pərzad Vahabova ilə toqquşub.

Hansı ki, qadın məktəbin həyətindən istifadə edərək digər binaya keçmək istəyib. Qadın aldığı zərbələrdən yerə yıxılıb və ciddi xəsarətlər alıb.  

Məktəbə təcili tibbi yardım çağırılıb və qadın 1 saylı Klinik Tibbi Mərkəzin Travmatologiya şöbəsinə yerləşdirilib. Pərzad Vahabovanın bədən nahiyyəsində sınıq xəsarətlərinin olduğu bildirilir. Məlumata görə qadın əvvəllər də bir dəfə qəza keçirdiyindən əlildir.  

Məsələ ilə bağlı 158 nömrəli məktəbdən Bizim.Media-ya faktı təsdiqləyiblər.

Təhsil müəssisəsindən bildirilib ki, məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən sonra məktəbin həyətində təsadüfən dərnək rəhbəri ilə toqquşub.

Nəticədə dərnək rəhbəri xəsarət alıb. Dərhal təcili tibbi yardım dəvət olunub, ilkin müayinədən sonra o, xəstəxanaya aparılıb. Xəstəxanada ona müvafiq tibbi yardım göstərilib. 

TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdən isə saytımıza verilən məlumata görə,  Pərzad Vahabova sol dirsəyin yuxarı ucunun (olecranon) və sol oturaq sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Xəstə lazımi tibbi müayinələrdən keçirilib, ona zəruri tibbi yardım göstərilib. Bu gün öz istəyi ilə iltizamnamə yazaraq mərkəzdən ayrılıb.

Qeyd edək ki, ötən gün sözügedən məktəbdə başqa bir insident də yaşanmışdı. Adı pis vərdişlərdə hallanan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edərək telefonunu əlindən almış və ona nalaiyiq ifadələr səsləndirmişdi.  

158 nömrəli məktəbin adı əvvəllər başqa bir qalmaqalda da çəkilib.

Bu ilin mart ayında məktəbin Azərbaycan və rus bölümündə təhsil alan 9 və 11-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı şagirdlərdən biri əlindəki bıçaqla aranı sakitləşdirmək istəyən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərovanın üz nahiyəsinə ciddi xəsarətlər yetirmişdi.

Bu insident isə Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət komissiyanın məktəbdə olduğu vaxt baş vermişdi. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO