Cəlilabadda elektrik xətləri tam BƏRPA EDİLDİ

Hazırda oxunan: Cəlilabadda elektrik xətləri tam BƏRPA EDİLDİ

132215

Cəlilabadda güclü külək nəticəsində qırılan elektrik xətləri tam bərpa olunub. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, rayon mərkəzində ötən gün gecə saatlarında, kəndlərdə isə bu gün tam elektrik enerjisinin verilişi bərpa edilib.  

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının ilkin məlumatına görə, təbii fəlakət nəticəsində rayon ərazisində 50-yə yaxın ağac, 15-yə yaxın elektrik dirəyi aşıb, 5 evin dam örtüyünə ziyan dəyib, 1 ticarət obyektinin dam örtüyü uçub, Komanlı kənd orta məktəbinin dam örtüyünün bir hissəsi isə dağılıb.  
Qeyd edək ki, ötən gün rayonda müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb və rayonun əksər hissəsi işıqsız qalıb. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO