İlham Əliyev və xanımı Bakı Ekspo Mərkəzində...

İlham Əliyev və xanımı Bakı Ekspo Mərkəzində...

Hazırda oxunan: İlham Əliyev və xanımı Bakı Ekspo Mərkəzində...

130926
Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016”x9d XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016”x9d X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Moderator.az xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına məlumat verib ki, 2002-ci ildə təməli qoyulan “AITF”x9d sərgisi bu il 15-ci yubileyini qeyd edir.

“AITF-2016”x9d sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar respublikamızın turizm potensialını nümayiş etdirir. Sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən ənənəvi Qarabağ stendi də təqdim olunur.

Sonra dövlət başçısı və xanımı Bakıda turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO