İlk baharın əkiztayı...

İlk baharın əkiztayı...

Hazırda oxunan: İlk baharın əkiztayı...

130275
Mən onu gendən-genə tanıyırdım. Haqqında azdan-çoxdan eşitmişdim. Özü ilə şəxsi tanışlığım isə ən yaxın həftələrə boy verir. Belə ki, Azərbaycan Yazıçılar Birliyi Şamaxı Bölməsinin ofisində keçirilən tədbirə toplaşmışdıq. Bu xoş gündə elə ilk baxışdan insana xoş gələn mehriban çöhrəli, ziyalı görkəmli Əli Vahid Çaylını gördüm, tanıdım və dərhal isinişdim.

O həmin tədbirdə bir şair-publisist olaraq təbrik çıxışı da elədi, təkliflər də verdi və yazdığı şeirlərdən birini də özünəməxsus şirin avazla oxudu. Professor Seyfəddin Qəniyev bildirəndə ki, 1 aprel tarixində şairin 60 illik yubileyidir, düzü, inanmadım. Çünki o öz yaşından çox cavan görünür. Amma söz-söhbətinin ağırlığı, fikirlərinin sanbalı, dünyagörüşünün sirayətedici təsiri onu 60 yaşdan da bir az böyük göstərirdi. Elə bu böyüklük məndə onun yubileyi münasibətilə ürək sözlərimi yazmaq arzusu doğurdu.

Tanınmış müasiri haqqında yazmaq yaradıcı adama həmişə xoş gəlir. Məncə yazılanı oxumaq da geniş oxucu kütləsi üçün maraqlıdır. Sözün bu yerində mən hörmətli oxucunun marağını təmin etmək üçün 60 illik ömrün qısa təsvirini vermək istəyirəm.

Şair-publisist Məşədi Əli Vahid Çaylı (Əli Vahid Səttar oğlu Xəlilbəyli) Şamaxı rayonunun Çaylı kəndində mexanizator ailəsində 1956-cı ilin aprel ayının 1-də anadan olub. 1973-cü ildə Çaylı kənd orta məktəbini bitirib. Həmin ildə də Bakı Baza Energetika Texnikumuna daxil olub. 1984-cü ildə istehsalatdan ayrılmadan Bakı Texniki Universitetini (keçmiş Bakı Politexnik İnstitutu) bitirib. 1980-ci illərdən başlayaraq dövri mətbuatda şeirləri, məqalə və hekayələri çap olunur. Oxucuların sevimlisinə çevrilən, öz duzlu qələmi ilə diqqət cəlb edən şair-publisist Əli Vahid Çaylı KİV-in rəhbərliyi tərəfindən fəxri diplomlarla qiymətləndirilib. 2008-ci ildə “Qızıl Qələm”x9d, 2009-cu ildə “Xalqın nüfuzlu ziyalısı”x9d və 2010-cu ildə “Şərəf”x9d media diplomuna layiq görülmüşdür. 2015-ci ildə Uluslararası Avrasiya Şairlər Toplantısında Türkiyə Cümhuriyyəti ”“ İstanbul-Antalya şəhərlərində keçirilən qurultayın iştirakçısı olub. Orada “ASKED”x9din fəxri diplomuna layiq görülmüş və Avrasiya Şairlər qurultayında hazırlanmış Türk Antologiyasında şeirləri çap olunmuşdur.

2015-ci ilin aprel ayında Ümumdünya Uluslar Arası Avrasiya Şairlər Toplantısı, Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş “Çanaqqala Türk Antologiyası”x9d adlı kitabda (Çanaqqala zəfərinə həsr olunmuş) şeirləri yer tutmuş və o, möhtəşəm tədbirin fəxri diplomuna layiq görülmüşdür.

Hal-hazırda “Ulu Məkan”x9d qəzetinin təsisçisi və baş redaktorudur.

Yubilyarla ünsiyyətim çox az zamanla ölçülsə də onun haqqında xeyli danışa və yaza bilərəm. Axı, şairi tanımaqdan ötrü şeirlərini oxumaq da kifayətdir. Bəli, şeir şair ömrünün, şair varlığının tərcümanıdır. Bu mənada, Əli Vahid Çaylının “Şirvan sorağında”x9d şeirlər kitabı onun mənəvi dünyasına aparan ən etibarlı bələdçidir.

Çaylının torpağı, Göylərin eli,
Şamaxının sözü, Şirvanın dili.

Quranlı ocaqda babamın əli,
Zəhmətkeş insanın təri gözəldir.

Təkcə bu dörd misralıq bənd şairin doğma elə, vətənə, ocağa necə ürəkdən bağlı olduğunu və həmin Tanrı qismətləriylə qürurlandığını, zəhmətkeş insan qüdrətinə olmazın dəyər verdiyini sübut edir. Həyata, dünyaya, varlığa belə estetik baxış Əli Vahid Çaylı fəlsəfəsinin özəyini təşkil edir.

O şeirlərinin birində böyük bir həqiqəti ən sadə dildə izah edərək deyir ki, öz doğma obanı sevmədən böyük Azərbaycanı, onun ayrı-ayrı yerlərini necə sevə bilərsən axı?

Bəli, onun üçün dünyanın ululuğu ana qucağına, ata ocağına boy verən doğma məkanın ululuğundan keçir. Bu işıqlı yol Əli Vahid Çaylı üçün kiçik, kiçicik də olsa doğma evdən Çaylı kəndinə, Çaylıdan Şamaxıya, Şamaxıdan Şirvana, Şirvandan Böyük və Bütöv Azərbaycana, Azərbaycandan bəşəri evimiz olan Dünyaya gedib çıxır və yalnız Allahın hədd qoyduğu hansı nöqtədəsə sonuclanır.

Bəşəriliyə gedən yol da millilikdən keçir. Bu mənada Əli Vahid Çaylı heç də qəmdən, kədərdən uzaq deyil. Onun şair sinəsində hər an Qarabağ kimi ağrılı-acılı, sızıltılı bir dərd boy atmaqdadır. Məhz bu dərdin dilə gətirdiyi dərd yiyəsi belə deyir:

Bacara bilmirəm özüm özümlə,
Arzular qəlbimdə dəstələnibdir.

Mənim həsrət dolu qəm nəğmələrim
Könlümün səsinə bəstələnibdir.

Mən şairin yubileyi münasibətilə yazılan səhifələrdə qəm nəğmələrinə çox da yol vermək niyyətində deyiləm. Hərçənd ki, şair qəmdən doğulmayıbsa, sözü qəmdən yoğrulmayıbsa, şair deyil.

Mən bu gün oxucunu başqa-başqa müəlliflərlə - Əli Vahid Çaylının özünə və sözünə yaxşı bələd olan insanlarla da tanışdırmaq və danışdırmaq istəyirəm. Beləliklə, 2015-ci ildə çapdan çıxan “Müqəddəs hissin daşıyıcısı”x9d adlı kitabı vərəqləyirəm.

Həmin kitabda yubilyer haqqında xeyli ürək sözləri, məqalələr, rəylər toplanıb. Müəlliflər isə müasir ölkə mətbuatının tanınmış nümayəndələrindən, şair və yazıçılardan ibarətdir.

Bu qələm sahibləri öz yazılarında Əli Vahid Çaylını həm insan, həm şair, həm publisist, həm cəmiyyətin ziyalı nümayəndəsi kimi xarakterizə edir, ona öz isti münasibətlərini bildirir və həmin münasibətləri oxucularla bölüşmək istəyirlər. İstəklər isə səmimiyyətdən və rəğbətdən mayalanıb.

“Müqəddəs hissin daşıyıcısı”x9dndan bəzi fikirləri sizin də nəzərinizə çatdırıram.

Eldar Səfa Şahvələd (şair): - “Əli Vahid Çaylı neçə vaxtdır ki, söz bişirir, söz bişirdikcə özü də bişir. İndi Əli Vahidin işi sözdən, qələmdən keçir.”x9d

Hikmət Məlikzadə (AYB-nin üzvü): - “Əli Vahid Çaylının özünəməxsus deyim tərzi, yaradıcılıq üslubu var. O əksər şeirlərində zəngin bədii tendensiyalarla dünyanın mahiyyəti və onun mövcudluğu, fəlsəfi və bədii fikirlərlə insan probleminin təşəkkülü və inkişaf mərhələləri barədə oxucuda geniş təsəvvür yaradır.”x9d

Ağamurad Şirvanlı (aşıq): - “Əli Vahid Çaylı yüksək ad daşıyır ”“ şair adı. Elə bir ad ki, onun şəxsiyyətinə də, soykökünə də, fəaliyyətinə də yaraşır.”x9d

Qəşəm İlqar (şair): - “Mən onun əlyazmalarını başdan-ayağa oxumuşam. Dərin düşüncəli və dərin məna kəsb edən fəlsəfi fikirləri hər bir oxucunu düşünməyə vadar edir. O özünün poetik, fəlsəfi deyim tərzi ilə diqqəti cəlb edir.”x9d

Aqil Abbas (yazıçı): - “Əli Vahid Çaylı xoşbəxt şairdir, ona görə ki, bir çox tanınmış şairlərin şeirləri onun şeirləri qədər populyar deyil... Əli Vahidin şirin lirikası var. Həm də səmimi insandır.”x9d

Ümumiyyətlə, “Müqəddəs hissin daşıyıcısı”x9d kitabı biri-birindən maraqlı müəllif yanaşmaları ilə zəngindir. Qoy hörmətli oxucu özü bu kitabı əldə eləsin və Əli Vahid Çaylı ilə yaxından tanış olmaq imkanı qazansın.

Mən isə şair Əli Vahid Çaylını 60 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, mənalı, həm də uzun insan ömrü arzulayıram. Axı o “Şirvan sorağında”x9d “Müqəddəs hissin daşıyıcısı”x9d kimi tanınır.

Yeni yubileylərdə görüşənədək!

Fəxrəddin Orxan,
“Şəffaflıq və Paklıq”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO