Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər

Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər

Hazırda oxunan: Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər

127514
Martın 18-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında Novruz bayramına həsr olunmuş mərasim keçirilib.

Cəngi sədaları altında meydana daxil olan Bahar qız cəlilabadlıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Novruz bayramı münasibəti ilə öz təbriklərini çatdırıb. Hər bir ailəyə ruzi, bərəkət, sevinc arzulayan icra başçısı, rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb. Bildirib ki, bundan sonra da rayonun sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcək.Mərasimdə Kosanın və Keçəlin məzhəkəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib.Milli paltar geyinmiş qızlar və oğlanlar meydanın mərkəzində şölənən tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.Mərasimdə rayonun idmançıları öz məharətlərini nümayiş etdirib, bədii özfəaliyyət kollektivləri bayram konsert proqramı ilə çıxış ediblər. Tədbir iştirakçıları, həmçinin, parkda el sənəti nümunələrindən ibarət sərgi, gənc rəssamların əl işləri ilə tanış olub, Novruz şirniyyatlarını dadıblar. Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə Prezident İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına uğurlar arzulayıblar.
Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
 Cəlilabadlılar Novruzun gəlişini bayram ediblər
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO