Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun borca görə zamin durmuş vətəndaşın həbsini qüvvədə saxlaması haqda qərarını dərc edirəm. Qərarda məntiq, qanun, ədalət axtarmayın. Şikayətimdə və iclasdakı çıxışımda dediklərimin heç biri yoxdur burada. Bunlar bir tərəfə, heç birinci instansiya məhkəməsinin vətəndaşın işsiz olduğu haqda qeyd də yoxdur (sərf etmir axı bunu xatırlatmaq!). Məntiq sadədir: "Canı çıxsın - ödəsin!"
Bu qərardan yalnız Konstitusiya Məhkəməsinə və ya birbaşa Avropa Məhkəməsinə şikayət etmək olar. Konstitusiya Məhkəməsini bilmirəm, amma Avropa Məhkəməsi birmənalı olaraq bu "barbar" və ölkəmizi dünyada biabır edən qərarı ləğv edəcək. Şikayət etmək haqda qərarı təbii vətəndaş özü verməlidir.
Ümumən isə bir daha xatırladıram. Borca görə həbs edilən vətəndaşlar Antikollektora müraciət edə və bütün instansiya məhkəmələrində, o cümlədən Avropa Məhkəməsində müdafiə üzrə pulsuz xidmət ala bilər. Yekunda haqq-ədalət zəfər çalacaq, Hüququn təntənəsi qaçılmazdır. İrəli!"
Əkrəm Həsənov
































































































