Binəqədi sakinləri “Bələdiyyə yarmarkası”x9dndan narazıdırlar

Binəqədi sakinləri “Bələdiyyə yarmarkası”x9dndan narazıdırlar

Hazırda oxunan: Binəqədi sakinləri “Bələdiyyə yarmarkası”x9dndan narazıdırlar

127227
Bakının Binəqədi rayon icra hakimiyyəti və Binəqədi bələdiyyəsi 7-ci mikrorayonda, Abay Kunanbayev küçəsi 24 ünvanında kənd təsərrüfatı mallarının satışı yarmarkasını təşkil edib. Bakının Binəqədi rayonu sakinləri isə təşkil olunan “Bələdiyyə yarmarkası”x9dndan narazı və şikayətçidirlər.

Binəqədi rayonu sakinləri şikayət edirlər ki, bu yarmarkanın yaşadıqları məhəllənin içində yaradılması düzgün deyil, çünki təşkil olunmuş bazarda natəmizlik, səs-küy, pis qoxu var.

Sakinlər iddia edirlər ki, icra hakimiyyətinin və bələdiyyənin bu yarmarkada öz maddi maraqları olduğundan, onları natəmizlik və səs-küy qəti şəkildə maraqlandırmır. Binəqədililərin sözlərinə görə, bələdiyyə nümayəndələri sakinlərin şikayətlərinə qulaq asmaq istəmir və sakinlərlə söhbətdən qaçırlar.

Hətta sakinlərin iddialarına görə, yarmarkadakı rəsmi nümayəndələr mübahisə zamanı yerli camaata iftira ataraq, söhbətin mahiyyətini dəyişmək və gərginliyin qarşısını almaq istəyirlər.

Şikayətçilər deyirlər ki, bu yarmarkaya görə rahatlığımız pozulub və rahat şəkildə yatıb-dura bilmirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO