Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları dinləyib

Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları dinləyib

Hazırda oxunan: Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları dinləyib

123169
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan və Şabrandan olan sakinləri qəbul edib.
Əvvəlcə Mərkəzin qarşısında Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.

Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Ondan çox vətəndaş qəbul edən Komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO