“Gəlin Azərbaycanımızın sabahı naminə tək oğullarımızı qoruyaq”x9d

“Gəlin Azərbaycanımızın sabahı naminə tək oğullarımızı qoruyaq”x9d

Hazırda oxunan: “Gəlin Azərbaycanımızın sabahı naminə tək oğullarımızı qoruyaq”x9d

119938
Haqqında bəhs etmək istədiyim və bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istədiyim problem məncə hər bir vicdanlı insanı narahat etməlidir. Fərd olaraq bu haqda bir neçə dəfə mətbuatda və müxtəlif tədbirlərdə öz narahatçılığımı bildirmişəm. Bu gün də, əgər yaxın vaxtlarda həllini tapmazsa, davamlı olaraq yenə milli məsələ, xalqım və millətim üçün çox böyük önəm kəsb edən TƏK OÄžULLARIN həqiqi hərbi xidmətə çağırılması məsələsini gündəmə gətirməkdə davam edəcəyəm.xa0

Artıq neçənci dəfədir ki, ailənin tək KİŞİ cinsindən olan genefon daşıyıcısı sayılan gül kimi övladlarımız amansız düşmənlərimiz tərəfindən açılan atəşlər nəticəsində vaxtsız həyatdan köçürlər, demək olar ki, hamı susur. Nə "bül-bül kimi dil ötürüb" uzaq Afrikadan, Amerikadan bəhs edən bəzi millət vəkillərindən, nə də çoxsaylı adı olub, özləri ancaq hansısa mənasız və məntiqsiz qrant layihələri həyata keçirən saysız-hesabsız hərbyönümlü QHT-lərdən danışan, dinən görmürəm. Çox üzücü və təəssüfedici mənzərədir!!

Məni bu məsələyə bir daha müraciət etməyə Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin nakam taleyi məcbur etdi. İki bacının TƏK QARDAŞI olan bu Şəhid balamızın dəfn mərasimində yaşananlar da ürəkdağlayıcı idi. Çoxsaylı ictimaiyyət nümayəndələri və hərbçi dostları dəfn mərasimində iştrak etsələr də, ailənin üzvü sayılan nə ata, nə ana, nə də bacılar orada yox idilər. Sag olsunlar, şəhidin dayıları, xalaları və rayon sakinləri. Onlar əllərindən gələni etdilər ki, Azərbaycanın Şəhid Əsgəri layiqli şəkildə son mənzilə yola salınsın. İki bacısı ilə qardaş Türkiyədə - Bursa şəhərində yaşayan Şəhidimiz hərbi xidmət zamanı çatanda doğulduğu Yevlax rayonuna gələrək əsgəri xidmətinə yola düşüb.Və sevdiyi Vətən uğrunda Şəhidlik zirvəsinə ucaldı. Allah rəhmət eləsin!!

Xatırlayırsınızsa, ötən günlərdə mətbuatda 2015-ci il dekabrın 16-da Tərtərdə cəbhə xəttində həlak olan əsgərimiz Rəşad Cəfərzadə ilə bağlı da çox hay-küyə, müzakirələrə səbəb olan yazılar dərc edimişdi. Bu Şəhid Əsgərimiz də atasız-anasız, necə deyərlər, ikiqat yetim olaraq ön xəttdə əsgəri xidmətini yerinə yetirərkən düşmən gülləsindən həlak olmuşdu. Onu və bacısını qohumları saxlayıb böyütmüşdülər.

Bu məsələ təkcə əsgərlərə aid deyil. 2014-cü ilin sentyabrında cəmi 23 yaşı olan zabitimiz, leytenant Allahverdi Baxışlı erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində döyüş postunda həlak oldu.Şəhidimizin atası Əbülfəz Baxışlı da 20 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Allahverdi evin tək oğlu idi...Onun ölümü ilə anası və bacısından ibarət olan ailə başsız qaldı.Qəhrəman leytenantın vaxtsız, lakin şərəfli ölümü yenidən tək oğlan uşaqlarının orduya getməməsi, yaxud da ailənin tək oğlanlarının ön cəbhəyə aparılmamasını özündə əks etdirən "Hərbi xidmət keçmə haqqında”x9d qanuna dəyişikliklərin qəbulunu yenidən gündəmə gətirdi. Mediyada və sosial şəbəkələrdə, bir az cəmiyyətdə tək oğulların əsgərliyə aparılmaması, aparılırsa da, cəbhəyanı ərazilərdən 40-50 kilometr uzaqlıqda xidmət etmələri və sairə məsələlər çox dartışdırıldı və sonradan nədənsə unuduldu.

Dəfələrlə “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında”x9d qanuna dəyişiklik edilməsilə bağlı təkliflər irəli sürülüb. Tək oğulların əsgərliyə getməməsi, həm şəhid ailələrinin və övladlarının hərbi xidmətdən azad olunması, həm çağrış yaşının 22-27 yaş arası olması mütləq mənada ciddi şəkildə müzakirə olunmalıdır. Min bir əzabla böyüdülən oğlan uşağı hərbiyə yollanır və hərbi xidmətdə hansısa qəzada ya ölür, ya da əlil olur. Bununla da o ailə faktiki bədbəxt olur, hər şeydən məhrum olur.
Bir daha təkidlə qeyd edirəm ki, Azərbaycanda kifayət qədər insan resursu olduğuna görə, tək oğullar əsgərliyə çağırılmaya bilər.Tək oğulların əsgərliyə çağrılmaması ilə orduda problem yaranmaz. Əvvəllər bizdə bu qanun vardı, lakin 90-cı ilin əvvəlində problem yarandı. Ordudan yayınma halları yarandı. Ona görə də, bu qanun ləğv edildi. Amma indi hərbi sahəmiz çox inkişaf edib. Çağırışla bağlı da problemimiz yoxdur. Əsgər sayı da yetərincədir.
Mən bir daha qeyd edirəm ki, əgər müharibə baş verərsə və həmin tək oğullara ehtiyac yaranarsa, onda buna başqa məsələ kimi yanaşmaq olar. İndiki halda, mən ən azından tək oğulların heç olmasa ön cəbhədə deyil, arxa cəbhədə hərbi xidmət keçməsinin tərəfdarıyam.
Sonda onu da qeyd edim ki, bizim düşmənlərimiz olan Ermənistanda yalnız ata və yaxud qardaş hərbi xidmət zamanı həlak olubsa və çağırışçı həmin ailədə tək övladdırsa, onda çağırışçı həqiq hərbi xidmətdən tamamilə azad olunur. Əgər öhdəsində əmək qabiliyyəti olmayan ata və yaxud ana varsa, (pensiya yaşına çatmış şxəslər, I və II qrup əlillər, məhkəmənin qərarı ilə əmək qabiliyyətini itirdiyi təsdiq olunmuş), əgər 2 və daha çox uşağı varsa, əgər öhdəsində uşaq var, amma yoldaşı yoxdursa, əgər yoldaşı I və II qrup əlildirsə, öhdəsində 18 yaşındadək olan qardaş və bacısı var və onar əlilldirlərsə, və yaxud məhkəmə onların əmək qabiliyyətli olmamaları barədə qərar veribsə həmin şəxslərə həqiqi hərbi xidmətdən möhlət verilir.

Bir sözlə, mən hörmətli mətbuatdakı dostlarımıza, QHT-nın nümayəndələrinə, həmçinin cəmiyyətdəki nüfuzlu ictimai xadimlərə səslənirəm. Gəlin Azərbaycanımızın sabahı naminə tək oğullarımızı qoruyaq. Bu ölkəmizin və xalqımızın gələcəyi üçün çox vacib və önəmli milli məsələdir.
Tanrı Silahlı Qüvvələrinizin şəxsi heyətini qorusun!!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO