Azərbaycanın Milli Qəhrəmanı nişanı qızıldan olacaq   -Foto

Azərbaycanın Milli Qəhrəmanı nişanı qızıldan olacaq -Foto

Hazırda oxunan: Azərbaycanın Milli Qəhrəmanı nişanı qızıldan olacaq -Foto

118316
Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Moderator.az AzərTAc-a istinadən xəbər verir ki, aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Qanunla təsdiq edilmiş “Qızıl Ulduz”x9d medalının təsviri”x9dndə:

1.1. ikinci hissənin ikinci cümləsində “nömrəsi”x9d sözündən əvvəl “seriyası və”x9d sözləri əlavə edilsin;

1.2. üçüncü hissədə:

1.2.1. birinci cümlədə “ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm”x9d sözləri “ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə ölçüsü 37 mm x 50 mm”x9d sözləri ilə əvəz edilsin, “beşkünc”x9d sözü çıxarılsın;

1.2.2. ikinci cümlədə “qızıl suyuna çəkilmiş”x9d sözləri “qızıldan”x9d sözü ilə əvəz edilsin;

1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Medala paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan qəlib əlavə olunur. Qəlibin üzərində 5 mm ölçüdə, qızılı rəngli ay və ulduz təsvir olunmuş dairəvi element vardır.”x9d.

2. Həmin Qanunla təsdiq edilmiş Azərbaycanın Milli Qəhrəmanının “Qızıl Ulduz”x9d medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO