Binəqədidə narkotacirlər SAXLANILDI - VİDEO

Binəqədidə narkotacirlər SAXLANILDI - VİDEO

Hazırda oxunan: Binəqədidə narkotacirlər SAXLANILDI - VİDEO

117054

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirməkdə şübhəli bilinən 2 nəfər - Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.  
Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini deyiblər. 

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO