Qəbələdə ağır QƏZA - Ölən və xəsarət alan var

Hazırda oxunan: Qəbələdə ağır QƏZA - Ölən və xəsarət alan var

111651

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, bugün gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO