Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olan müraciət və şikayətlər əsasında aparılır.
xa0
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov dövlət qeydiyyatında olan dərman preparatlarına, seriya, satışına qoyulmuş qadağalardan danışan zaman deyib.
xa0
Onun sözlərinə görə, dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir: xa0
xa0
“Dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycan Respublikasında Dövlət Qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə salınır. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir.
xa0
Əczaçılıq nəzarətinin əsas və vacib istiqamətlərindən biri də topdan və pərakəndə satış əczaçılıq müəssisələrinə nəzarətdir. xa0Hazırda planlı və plandankənar yoxlamalar həyata keçirilir. Plandankənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır”x9d.
xa0
Murad Süleymanov həmçinin apteklərdə aparılan reydlərdən də danışıb:
xa0
“Cari il ərzində 113 aptekdə reyd aparılıb və 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Həmin apteklərin fəaliyyəti dayandırılıb.
xa0
Bundan başqa, Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin isə lisenziyası alınıb”x9d.
































































































