İmişlidə qanunsuz ov edən şəxslər saxlanılıb

İmişlidə qanunsuz ov edən şəxslər saxlanılıb

Hazırda oxunan: İmişlidə qanunsuz ov edən şəxslər saxlanılıb

110548
İmişlidə qanunsuz ov edən şəxslər tutulub. Moderator.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Sarısu gölünün ərazisində qeydə alınıb. 
Belə ki, rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli sakinləri Zəkəriyyə Nadir oğlu Mirzəyev, Murtuz Maşdı oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı hər iki şəxsdən ov tüfəngi, patronlar, 6 ədəd ovlanmış quş, onların içərisində ovu qadağan edilən Sultan toyuğu quşu da aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO