Xocahəsən kənd qəbiristanlığının qapısında vurulmuş lövhədə belə bir xəbərdarlıq yazılıb: "Kənar şəxslərin dəfn olunması qadağandır".
Həmin yazı ilə rastlaşan yazıçı Yeganə Kərimzadə sosial şəbəkədə “lövhənin şəklini çəkmək istədim, ancaq abır-həya elədim”x9d-deyə yazıb. Y.Kərimzadə daha sonra Moderator.az-a açıqlamasında bu və buna bənzər digər əməllərin insanlarda xurafata qarşı ikrah hissi oyatdığını bildirib:
“Məgər vətənin hər qarışı bizim deyilmi? Qarabağ uğrunda döyüşən oğlanların hamısı Qarabağlıydımı? Torpaq var insanı şərəfləndirər, oğul var torpağı şərəfləndirər. Bu kimi hallar tayfabazlıq, özünə qapanma, ətrafını görməmək, laqeyidlikdən qaynaqlanır. Bu ayrı-seçkiliyin kökündə də bir dairənin içində dayanmadan hərəkət etmək durur”x9d.
Rumiyyə





































































































