Qobu qəsəbəsində orta məktəbdə əbədi bədii gecə keçirildi- FOTO

Qobu qəsəbəsində orta məktəbdə əbədi bədii gecə keçirildi- FOTO

Hazırda oxunan: Qobu qəsəbəsində orta məktəbdə əbədi bədii gecə keçirildi- FOTO

108763
Bu gün Qobu qəsəbəsi Hüseyn Axundov adına 3 saylı tam orta məktəbdə əbədi bədii gecə keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Filologiya elmlər doktoru, professor, nənəğməkar şair, ədəbiyatşünas alim, publisist Vüqar Əhməd tədbir iştirakçılara təqdim olundu.

Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mirmahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984-1987-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə "Novruz" qəzeti və "Azərbaycan dünyası" nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2005-2011-ci illərdə AMİ-nin professoru olmuşdur. Rəhbərliyi altında gənc ailimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. "Rus uşaq ədəbiyyatı və Azərbaycan" (Bakı, 1992), "Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı" (Bakı, 1998), "Azərbaycan uşaq ədəbiyyatı" (Bakı, 2006), "Ədəbiyyatşünaslıq" (Bakı, 2007), "Anam mənim" (Tehran.2008), "Ş.M.Xiyabani" (Bakı 2010) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Dərbənd Ədiblər Birliyinin "Muğam" assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür. Dünya Azərbaycanlıları Konqresininsədr müavinidir. Üç roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. Filologiya elmləri doktoru, professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. "Qızıl Qələm", AHİK-nın (2 dəfə) və AMEA-nın "Fəxri Fərman"ları ilə təltif olunmuşdur. "Araz" ali ədəbi, "Abdulla Şaiq", "Məmməd Araz", "İlin nəğməkar şairi", 2 dəfə "Zirvə", "İlin mahnısı", "Simurq" və s. mükafatların laureatıdır. 50 illiyi ilə əlaqədar "Vüqar Əhmədin yaradıcılıq yolu" adlı monoqrafiya yazılmış, telekanallar tərəfindən silsilə verilişlər və filmlər lentə alınmışdır. Müxtəlif illərdə Moskva, Tehran və İsveçdə yaradıcılıq gecələri keçirilib. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Eyni zamanda "Azad Azərbaycan" teleradio şirkəti Bədii şurasının üzvüdür.
Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru - repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin, eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır.
Ailəlidir, bir oğlu, bir qızı var.
“Anşeronum mənim”x9d mahnısı ifa olundu. Şairin “Azərbaycan”x9d şeri şagirdlər tərəfindən söyləndi. 
AZƏRBAYCAN
Yağmurludur qışım, yazım,
Qəmli çalır telli sazım,
Bayrağımdı canamazım.
Həm gülərdi, həm ağlayan,
Azərbaycan, Azərbaycan.
Biz Məcnunuq,osa Leyli,
Ona saldıq mehri-meyli,
Həm Qüzeyli, həm Güneyli
Qarabağçın saç ağardan,
Azərbaycan, Azərbaycan.
Havalana-havalana,
Yol gedirəm Savalana,
Dua edib Yaradana.
Təbrizimə deyirəm:- Can!
Azərbaycan, Azərbaycan.
Savaşlarda yaralandı,
Torpaqları paraladı,
Iki yerə aralandı.
Bir olacaq görən haçan?
Azərbaycan, Azərbaycan.
Altmış milyon soydaşımız,
Azər türkü qardaşımız,
Ayrı düşüb göz yaşımız.
Göydə Allah, yerdə “Quran”x9d,
Qələbə çal Azərbaycan.
“İnnabı”x9d rəqsi ilə Milli paltarda olan şgirdlər rəqs etdilər. 
Vüqar Əhməd bəzi həmkarlarından fərqli olaraq sözün həqiqi mənasında Azərbaycan cəmiyyətində geniş tanınan, sevilən və hörmət bəslənilən insandır. O, alim kimi də nüfuz qazanıb, nəğməkar şair kimi də qəlblərə yol tapıb., pedaqoq kimi də tələbələrin sevimlisinə çevrilib, musiqişünas kimi də özünü təsdiqləyib. Çoxsahəli yaradıcılıq 
Istiqamətlərində peşəkarlıq nümayiş etdirməyin kökündə 2 vacib şərt dayanır; istedad və zəhmət.
Əgər bunlar olmasa yaradıcı insan məqsədinə çata bilər. Vüqar Əhməd xoşbəxtliyi və uğurlarının səbəbi ondadır, ona Allah tərəfindən istedad baxış etmişdir.
VƏTƏNİMDİR 
Azərbaycan-doğma elim,Nə gözəldi ana dilim. 
Ən ətirli solmaz gülüm Vətənimdir, Vətənimdir. 
Naxçıvanım, Bakım, Gəncəm, Qarabağım güldən incəm. 
26 İstiqlalım fidan, qönçəm, Vətənimdir, Vətənimdir. 
Nəğmələri şöhrətlidi, Oğulları qeyrətlidi, Hər qarışı qiymətlidir, Vətənimdir, Vətənimdir.
Bölünübdür Vətən iki, Birləşməyir Təbriz -Bakı, Şimaldakı, Cənubdakı Vətənimdir, Vətənimdir.
Vüqar Əhməd yaradıcılığında ana mövzusu ön plandadır. “ Cənnət anaların ayağı altındadır”x9d kəlamına dərin hörmətlə yanaşan şair anaları ən uca zirvədə görmək istəyir, ana qəlbini coşqun dənizə bənzədir. Bütün anaların əbədi heç qəmə batmamasını istəyir.
Vüqar Əhməd yaradıcılığı vətən, torpaq anlayışlarına tez-tez rast gəlirik. Vətəninə elinə ürəkdən bağlı olan şair fərəhlə onun gözəliyini vəsf edir. Lakin vətənin başına gələn müsibətlər ağrı-acı onun vətənpərvərlik baxışlarının digər tərəfidir. Zaman zaman gerçəkləşən işğallar, yurdumuzun başını alan qara buludlar şairi ciddi narahat edir və o, bütün bunlara görə təsüflənir.

VƏTƏNİMİ QORUMAÄžA
Ölkəmin bir bucağından, İsti ata ocağından,
Yaxınların qucağından Ayri düşdüm, ər olmağa, 
Bu Vətəni qorumağa. 
Sola döndüm, döndüm sağa, Yol vermərəm yad qonağa, 
Yaş düşməsin bir yanağa, Son qoyaraq ağlamağa, 
Bu Vətəni qorumağa. Sərkərdəmiz versə fərman,
Biz hazırıq hər gün, hər an, Andımızdır bayraq,
Quran, Haydı, gedək Qarabağa, 
Bu Vətəni qorumağa.
Düşmüşük biz dil-dodağa, Dava neçə il qadağa.
Rəhbər desə: - kim qabağa! Ana, bacı, millət gedər,
Bu Vətəni qorumağa. 
İlham ilə, cəsarətlə, Mərdlik ilə, cəsarətlə, Allahıma ibadətlə, 
Allah-deyib, marş irəli,
Bu Vətəni qorumağa.
İgidlər cərgə-cərgədi, Azərbaycan bir ləşkərdi, 
Vüqar Əhməd bir əsgərdi, 
Siyahıya onu da yaz, 
Bu Vətəni qorumağa
O, bu dünyada öz ömrünü yaşayır, yaradır, şeirləri ilə insanları düşündürür. Vüqar müəllim siz, kökü dərin, budaqları göyə doğru şaxələnən dibi kölgəli nəhəng bir palıd ağacına bənzəyir. 
Arzu edirik ki, bu kölgənin yaratdığı sərinlikdə bundan sonar hər 10 ildən bir 5 dəfə də belə möhtəşəm məclisə gəlmiş qonaqlarımızı qəbul edəsiniz, onların ürək sözlərini dinləyəsiniz.
Şairin gözəl şerlərini öz dilindən dinləyən tədbir iştirakçıları gözəl insanı alqışladılar. Vüqar müəllimin yazdığı nəğmələr müğənilər tərəfindən oxundu.
Sonda Abşeron Rayon Təhsil Şöbəsinnin təşkilatçılığı ilə keçirilən bu gözəl gecəyə görə Qobu qəsəbəsi Hüseyn Axundov adına 3 saylı tam orta məktəbin rəhbərliyinə və kolektivinə öz minətdarlığını bildirən Vüqar Əhməd onlarla xatirə şəkli çəkdirib, kitablarını iştirakçılara təqdim etdi.

Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
Vüqar Əhməd  şagirdlərin görüşündə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO