Moderator.az tanınmış hüquqşünas Qurban Məmmədovun saytımızın poçtuna göndərdiyi müəllif yazısının ikinci hissəsini təqdim edir:
Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/107278.html
“Hələ ki, “iş adamlarının müdafiəsi”x9d bəhanəsi ilə məsələnin mahiyyətini gizlətməyə çalışırlar.xa0
Ancaq daha çox rabitə sistemində həyata keçirilən həbslər başqa şeylərdən xəbər verir.
Bəs yazının əvvəlində qeyd etdiyim Avropada baş verən nümunə bizdə də olacaqmı?
Ola bilərmi?”x9d
Yazmışım ki, Avropada bir hakimin uşaqlıqdan şizofreniyadan əziyyət çəkdiyi müəyyənləşəndən dərhal sonra onun 25 ildə apardığı bütün məhkəmə işləri yenidən araşdırılmış, çoxları azadlığa buraxılmışdı.
“MTN işi”x9d ilə bağlı indi baş verənlərin, iddia edildiyi kimi, heç də iş adamlarının müdafiəsi məqsədi ilə baş vermədiyi hamıya bəllidir.xa0
İş adamları, eləcə də bütün vətəndaşlarımız 20 ildir xa0dayanmadan soyulmurmu, söyülmürmü, qanunsuz həbs edilmirmi, döyülüb, alçaldılıb təhqir edilmirmi?
İş adamlarına qarşı təkcə MTN - mi qanunsuzluqlar edib?
Rüşvət alınması, korrupsiya həyat tərzi yenimi peyda olub həyatımızda?
Orta səviyyəli məmurlardan başlamış ta başadək kimin villaları və ya maşınları, saxladıqları əxlaqız qadınlara etdikləri milyonluq hədiyyələri, bahalı əyləncələri hansının cibinə, əmək haqqına görədir ki?
Mövcud qanunların ziddinə olaraq, dənizi belə işğal edib vətəndaşlarımızı ALLAH(c.c)ın verdiyi sudan məhrum edənlər bütün bunları gizlimi edirlər? Dənizin gözünə girən bu göydələnlər, hotelsayağı villalar əlaqədar orqanların və ya vəzifəli şəxslərin gözlərinə girmirmi? Kordularmı? Görmürlərmi?
Təbii ki görürlər! Bilirlər və məhz susmaları ilə də başqalarını da belə harın - qanunsuz həyata şirnikləndirirlər.xa0
xa0
Buna bilə-bilə şərait yaradılır. Çünki boğaza qədər çirkabın, cinayətin içində olan məmuru istənilən vaxt qulağından tutub qoduqluğa soxmaq problem deyil. Beləsi köpək kimi sədaqətli olur. Olmağa da məhkumdur...
Hər an həbs olunmaq təhlükəsi altında yaşayan məmur, vəzifəli şəxs isə keçirdiyi uzun müddətli, qorxu, stress və həyacan nəticəsində, xa0ilk növbədə impotent olur, kişiliyini itirir, qadınının qarşısında başı aşağı, dili qarnında olur və bundan sonra da sədaqətlə ağasına xidmət etməkdən başqa heç nəyi düşünmür. O artıq ictimai yox, bioloji varlıq kimi sadəcə heyvan kimi qidalanmasını, həyatda necə qalmasını düşünməyə məhkum edilir.
“MTN işi”x9d və ondan sonrakı proseslər, yəni atılması dövlətçilik baxımından zəruri olan addımların atılmaması göstərir ki, bu qullardan kimsə o qədər pul - para yığıb ki, hətta ağasını belə gizlincə güdmək, dinləmək, onu yeri gələndə şantaj eləmək fikrinə düşüb. Bunu isə qətiyyən etmək olmaz. Yaxşı qul son nəfəsinədək sədaqətlə qul olandır. Xəyanət edən qula elə cəza verilir ki, qalanlarına ciddi dərs olsun. Bir də heç kim belə axmaq fikirlərə uymasın.
İndi baş verənlər hələ ki, belə düşünməyə bizi məcbur edir.
Yoxsa iş adamlarının başında qoz sındıran, onları öz kapitallarını xarici ölkələrə qaçırmağa məcbur edən qurumlar başdan - ayağa çoxdan şumlanmalı idi.
Ancaq şumlanmır. Niyə?xa0
Bu barədə növbəti yazıda...







































































































