Diqqətlə fikir verin. Az qala bu gün hər bir azərbaycanlının evi kiçik “aptek”x9di xatırladır.
Bəli, məhz apteki!
Hər biriniz evinizdə lazımsız, “həkimlər”x9də firmalardan daha çox faiz gəlməsi üçün yazılan torba-torba iynə-dərmana, reseptlərə rast gələ bilərsiniz.
O reseptlər sizə nə verir? Sizi sağaldırmı?
Xüsusilə soyuqdəymənin, səbəbi bilinməyən öskürəyin, havalar soyuduğu üçün baş qaldıran digər xəstəliklərin müalicəsi üçün yazılan dərman pereparatlarının effektsizliyinə kimsə şübhə edə bilməz!
Bu dərmanlar ən yaxşı halda cibinizin boşalmasına, qarşı tərəfin isə əksinə ciblərinin dolmasına xidmət edir.
Hələ bu harasıdır? Heç daxili orqanlarınızı yoxlatdırmaq üçün həkimə müracət etmisiniz?
Sizə nə diaqnoz qoyublar? Yəqin ki, xərçəng”¦ Tək siz deyilsiniz eyni halı hamı, elə biz də yaşayırıq.
Adamda qeyri-ixtiyari belə bir fikir yaranır: “Elə bil Azərbaycan həkiminin beyni “xərçəng”x9ddir”¦ Həkimlərimiz bu sözü əzbərləyiblər, kimi görürlər xərçəng deyirlər. Bunlar adamda ancaq xərçəng axtarırlar”x9d.
Azərbaycan səhiyyəsinin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, həkimə müarciət edən insanlarda istənilən xəstəliyin aşkarlanmasına rəvac verən analizlər, müayinələr keçirilir. Bir çox hallarda, hətta adi narahatlıq xərçəng kimi qorxulu xəstəlikliyin göstəricisi olaraq qiymətləndirilir.
Maraqlısı budur ki, həqiqətən xərçəng olan insanlarda bu xəstəlik çox gec, axırıncı anlarda aşkarlanır.
Bu zaman həyata keçirilən uzun, yorucu, bahalı prosedurlar heç bir işə yaramır. Həkimlərimiz isə daha çox xəstə cəlb etmək üçün dəridən-qabıqdan çıxır.
Milli Məclisin ixtisasca həkim olan üzvü Asim Mollazadə səhiyyə sistemindəki problemlər və həlli ilə bağlı fikirlərini modern.az saytı ilə bölüşüb. O qeyd edib ki, bu gün Azərbaycandakı səhiyyənin səviyyəsi qaneedici deyil:
“İlk növbədə tibbi sığorta sisteminin formalaşması, səhiyyə sistemində təhsilin təkmilləşməsi, yeni nailiyyətlərin öyrənilməsi və tətbiq edilməsi üçün çox işlər görülməlidir. Eyni zamanda həkimlərin bu sistemdə aldığı maaş çox böyük bilik yükünə malik, ağır sənətlərinin qarşılığını verə bilmir.
Demək bu sahədə köklü islahatlar aparılmalıdır ki, həm həkimlərin bilavasitə əməklərinin ödənişi düzgün formalaşsın, həm də onların peşəkar səviyyəsi xalqın sağlamlığını təmin etmək üçün bizi qane etsin”x9d.
Deputat hesab edir ki, bizim həkimlər rüşvətxor deyillər, onlar sistemin indiyə qədər təkmilləşməməyi nəticəsində bu vəziyyətə salınıblar:
“Xüsusi qeyd etmək istəyirəm ki, dövlət tərəfindən böyük vəsaitlər ayrılıb, yeni xəstəxanalar inşa olunub, ən müasir avadanlıqlar alınıb və mərkəzlər açılıb. Lakin bu mərkəzlərin işi və burada çalışanların bilik səviyyəsi yetərincə olmadığına görə vətəndaşlarımız öz sağlamlıqları üçün xarici ölkələrə üz tutmağa məcbur olurlar. Mən çox istərdim ki, bu istiqamətdə ciddi islahatlar aparılsın. Təbabət elmi sürətlə inkişaf edir. Azərbaycanın daim təkmilləşən bilik sistemi formalaşmalıdır ki, mütəxəssisləri dünyada mövcud olan səviyyəyə uyğunlaşdıraq.
Bizdə bu yoxdur. Səhiyyə nazirliyi tərəfindən beynəlxalq səhiyyə sistemində formalaşan müvafiq protokollar müəyyənləşməlidir ki, hər bir həkim bu protokollar çərçivəsində öz fəaliyyətini göstərsin”x9d.
Həkim-deputat yanlış diaqnozdan əziyyət çəkən xəstələrin olmasını xüsusi vurğulayıb:
“Mən nəticədən asılı olmayaraq diaqnozun xəstə ilə bölüşülməsinin tərəfdarıyam. Amma söhbət düzgün diaqnozdan gedir. Azərbaycanda çox vaxt xəstəlik düzgün müəyyənləşdirilmir və müalicə də tamam başqa istiqamətdə aparılır. Ona görə də bu səhvlər Azərbaycn vətəndaşlarının xaricə üz tutmasına gətirib çıxarır. Biz Azərbaycan xalqının və dövlətinin səviyyəsinə uyğun olan səhiyyə sistemini formalaşdırmalıyıq ki, heç bir dövlətin səhiyyəsinə ümid bağalamyaq”x9d.


































































































