Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə şeir həsr olunub. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənlinin öz naziri Əbülfəs Qarayevə həsr elədiyi şeir “525-ci qəzet”x9ddə dərc olunub.
Moderator.az həmin şeiri təqdim edir:
“Hamıya yaxşılıq
Mənim hörmətli nazirim Əbülfəs Qarayev bir dəfə kifayət qədər gərgin keçən iclasda sözarası belə dedi: “Mən həyatım boyu insanlara o qədər yaxşılıq eləmişəm ki, innən sonra nə qədər pislik eləsəm Allah günahımdan keçər”x9d.
Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı ”“
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq”¦
hisə yaxşılıq”¦
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq ”“
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini ”“
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy”¦
hər kəsin ərizəsinə ”“
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından ”“
Adam çox”¦
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!”¦



































































































