Əlövsət Ağalarov Cavid Qurbanova çamur atanlara səsləndi...

Əlövsət Ağalarov Cavid Qurbanova çamur atanlara səsləndi...

Hazırda oxunan: Əlövsət Ağalarov Cavid Qurbanova çamur atanlara səsləndi...

101625
Kəlbəcərin tanınmış ziyalısı, "Azərnəşr"in baş redaktoru, keçmiş millət vəkili Əlövsət Ağalarov YAP - ın Kəlbəcərdən deputatlığa namizədi, xa0"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov haqqında bəzi saytlarda gedən sifarişli, qərəzli, uydurmalarla dolu yazıları aşağıdakı fikirlərlə qınayıb:

"Son günlər bir - iki saytda kimlərinsə qərəzli sifarişi ilə kəlbəcərlilərin adından saxta, uydurma yazılar verilir. Kəlbəcər camaatı mərd və öz sözünü lazım olanda heç kimin diqtəsi olmadan birbaşa deyə bilir. Yəni heç kimin vəkilliyinə ehtiyacı yoxdur. Bu qərəz dolu yazıları yazdıranlar lap uzağa gedib Kəlbəcərin çətin günlərində camaatın yanında olan, onların dərd - sərini özününkü bilən Cavid Qurbanova da çamur atıblar. Amma unudublar ki, onun kəlbəcərlilərə hələ 1988 - ci ildən ta bu günədək xeyli köməyi dəyib. O illərdə Kəlbəcərin yolu bağlandı, işığı kəsildi, rayon tam mühasirə şəraitində beş il dözdü və bu dözümdə Bakıda, Gəncədə, Sumqayıtda yaşayan Kəlbəcər ziyalılarının xüsusi rolu olub. O ziyalılardan biri də bu gün Kəlbəcərin deputatı və növbəti seçkiyə namizədi olan Cavid Qurbanovdur. O vaxtdan bu günə qədər mən onun camaatımıza nə qədər yaxın, doğma olduğunun, xeyirxahlığının şahidi olmuşam.xa0

Bir fakti isə heç zaman unuda bilmərəm: 1992 - ci ildə qardaşım Mahir Goranboy döyüşlərində kəşfiyyat qrupunun rəhbəri idi. Bir gün qəfildən Bakıya gəldi və təcili olaraq tankların, BMP - lərin və digər hərbi texnikanın akkumulyator, ehtiyyat hissələrinin tapılmasına kömək etməyimizi deyəndə Cavidə zəng vurdum. Dərhal Mahiri yanına çağırdı və artıq gecəykən Mahir onun tapıb yığdığı hərbi ləvazimatı döyüş bölgəsinə apardı. Mən bu barədə mətbuatda əvvəllər də yazmışam. Yəni bu heç birbaşa vəzifəsi də deyildi. Amma vətəndaşlıq borcu bilib əsgərlərimizin hayına hay verdi. Mən sonralar da onun camaatımıza nə qədər kömək etdiyinin şahidi olmuşam. Vallah, tam səmimiyyətimlə deyirəm, təkcə mən bildiklərimi sadalasam, bir neçə qəzet səhifəsi olar. Görün mənim bilmədiklərim nə qədərdir. Yazırlar ki, hardasa erməni əsirliyində olan qəhrəman oğullarımız Dilqəm və Şahbazla bağlı nəsə deməyib. Yenə də yanılırlar. Bir - iki ay olar mətbuatda Cavidin bu iki igid soydaşımızla bağlı böyük bir müsahibəsini və beynəlxalq birliyə müraciətini oxumuşam. Və zəng edib təşəkkürümü bildirmişəm.xa0

Indi bir mandatdan ötrü ləyaqətli soydaşımıza bu nə böhtandır atırlar, bilmirəm. Sifarişi verən də, onu yazan da unutmamalıdir ki, vicdan dediyimiz bir kateqoriya kabus təki yollar ayrıcında dayanıb hər kəsi gözləyir. Vicdan əzabından da böyük əzab yoxdur! Bir azca vicdanla yazın. Bu adam yüzlərlə xəstənin sağalmasına, xeyli tələbənin təhsilini başa vurmasına, minlərlə qaçqın - köçkünün evlə, işlə təmin olunmasına, neçə - neçə şair - yazıçının kitablarının çap olunmasına təmənnasız yardım edib. Hətta deputat olmamışdan qabakı illərdə də! Hesab edirəm ki, qədirbilən kəlbəcərlilər bunları unutmayıblar. Təbii ki, bu gün Cavid Qurbanovun Kəlbəcərdən yenidən qeputat seçilməsi problem deyil. Çünki onun sabit və etibarlı seçici auditoriyasi var. Sadəcə, mən mətbuatda xalqına layiq bir soydaşımıza çamur atılmağının qarşısını almaq və o çamuru atanlara qarşıda onları vicdan əzabının gözlədiyini xatırlatmaq istədim".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO