Putin azərbaycanlı iş adamına orden verdi

Putin azərbaycanlı iş adamına orden verdi

Hazırda oxunan: Putin azərbaycanlı iş adamına orden verdi

100554
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin sədri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovu "Dostluq" ordeni ilə təltif edib. 

  APA-nın verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya prezidentinin hüquqi informasiya portalında yerləşdirilib.   Rusiya prezidentinin sərəncamında ali dövlət mükafatının Ə. Rəhimova əmək fəaliyyətindəki uğurlarına və çoxillik vicdanlı fəaliyyətinə görə verildiyi qeyd olunub.   Xatırladaq ki, Ə. Rəhimov Moskva vilayətində fəaliyyət göstərən "Günay" istehsalat-kommersiya şirkətinin direktoru vəzifəsində çalışır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO