Sabiq deputatın ona 5 tövsiyyəsi var
Moderator.az xəbər verir ki, sabiq deputat Gülər Əhmədovanın parlament seçkilərində dəstəklədiyi namizədin kimliyi məlum olub. G.Əhmədova bu barədə sosial şəbəkədəki statusunda məlumat verib. Mehdiyev Nişad Əhməd oğlu adlı namizədin seçki plakatını paylaşan sabiq deputat əlavə heç nə yazmayıb.
Sözügedən namizədin seçki şüarı isə “Sifarişə yox de, əqidənə hə”x9ddir. Döyüşçü paltarında olan namizəd ictimaiyyətə yaxın tanış olan birisi olmasa da, sosial şəbəkədə G.Əhmədova, eləcə də onun yaxın ətrafı ilə dost olduğu görünür. 15 saylı Yasamal seçki dairəsindən namizəd olan N.Mehdiyevin seçki plakatını paylaşdığı bütün statusların altında isə G.Əhmədovanın uğur istəyi və bəyənmə işarəsi yer alıb. Sözügedən namizəd isə Bakı şəhəri üzrə təhsil idarəsində metodist vəzifəsində çalışır.
Maraqlıdır ki, N.Mehdiyevin 31 avqusdakı “Mən şəxsən Milli Məclisdə kişi deputat üçün darıxmışam. Sizim fikrinizcə o, kimdi? Bu başdan bildirim ki, şirin erkəyi dişisi olmaz!!!”x9d statusunun altında G.Əhmədovanın maraqlı şərhi var: “Həyatımızı düzgün yaşamaq ücün bilməliyik ki, hamının həyatla mübarizə zamanı, vaxtı gəlib yetişir. Sadəcə bu zaman özün üçün qərar verməlisən. Məğlub olacaqsan, ya da qalib.
Amma 5 şeyi unutma!
1 . Heç kimi günahlandırma;
2. Xarakterin düşdüyün vəziyytdən daha üstün olsun;
3. Bil ki, nəsə bizi öldürmürsə, daha güclü edir;
4. Hər şərdə bir xeyir var;
5. Allah heç bir bəndəsini tərk etmir!







































































































