Fransada keçirilən sorğuya görə 2016-2017-ci illə müqayisədə siqaret çəkən insanların sayı bir milyondan çox azalıb.
xa0
Moderator.az xəbər verir ki, sorğu keçirən Səhiyyə təşkilatıxa0 son 10 ildir siqaret çəkənlərin sayında bu qədər böyük bir azalma olmadığını bildirib. Həmçinin gənclər və aşağı gəlir qrupları arasında siqaret çəkmə nisbətinin da azaldığı qeyd olunub.
Açıqlamaya görə 18-75 yaşları arasında 26,9 faiz adam hər gün siqaret çəkdiyini söyləyib. Bu nisbət əvvəlki illərdə 29,4 faiz olub. Bu nəticə 13,3 milyon siqaret çəkənlərin sayının 12,2 milyona düşməsi anlamına gəlir.
xa0
Qeyd edək ki, siqaret çəkmək dünyada hər 10 ölümdən birinə səbəb olur və bu ölümlərin yarısı Çin, Hindistan, ABŞ və Rusiyada görülür.
xa0
Kamran










































































































