MSK-da yeni struktur vahidi yaradıla bilər 

MSK-da yeni struktur vahidi yaradıla bilər 

Hazırda oxunan: MSK-da yeni struktur vahidi yaradıla bilər 

85571

Mərkəzi Seçki Komissiyasında (MSK) struktur vahidinin yaradılması ilə bağlı təkliflərin hazırlanması üçün qrup yaradılıb. 

Bizim.Media xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, gələcəkdə kadrların idarə olunması ilə bağlı yarana biləcək problemlərin qarşısını preventiv şəkildə almaq üçün yeni struktura ehtiyac yaranıb:

“MSK-da bu sahədə struktur vahidinin təsisi məsələsinə baxaq. Çətinliklərin yaranmaması üçün əvvəlcədən hansı addımlar atmalıyıq, onu müəyyənləşdirməliyik və bu addımların atılmasına ehtiyac var. Hazırda kommunikasiya ilə bağlı da bir struktur vahidinin yaradılmasına ehtiyac var. Təklif edərdik ki, bununla bağlı təkliflər hazırlansın”, - deyə o bildirib. 

Trend.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov məsələnin ciddi olduğunu qeyd edib. 

“Qrup yaradaq ki, təklif hazırlansın. Bu, ciddi məsələdir”, - deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO