Azəri-Çıraq-Günəşli yatağında sərbəst təbii qaz hasilatına başlandı – FOTO
Bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – “SOCAR”, “MOL”, “INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh” – adından bu gün elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb.
Bu barədə Bizim.Media-ya Bp-dən məlumat verilib.
Bildirilib ki, bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.
Mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları pot...