Zelenski onların vəzifəsini dəyişmək istəyir

Zelenski onların vəzifəsini dəyişmək istəyir

Hazırda oxunan: Zelenski onların vəzifəsini dəyişmək istəyir

616426

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə rəhbərliyində ciddi kadr islahatlarına hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “RIA Novosti” agentliyi məlumat yayıb.

Dövlət başçısının Prezident Ofisinin rəhbəri Kirill Budanovu Silahlı Qüvvələrin Baş komandanı təyin etmək, energetika naziri Denis Şmıqalı isə yenidən Baş nazir postuna qaytarmaq niyyətində olduğu iddia edilir.

Qeyd olunub ki, Zelenski dar çərçivədə keçirilən iclasda kadr dəyişikliklərini ABŞ Konqresinə keçiriləcək seçkilərə yaxın reallaşdıracağını bəyan edib.

İddia olunur ki, bu qərarlar ABŞ hərbi-sənaye kompleksinin əsas lobbiçilərindən sayılan Demokratlar Partiyasının senatoru Riçard Blyumentalın Kiyevə səfəri ilə eyni vaxtda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO