Xaricdən məhsul sifariş edənlərin DİQQƏTİNƏ: Yeni qayda qüvvəyə mindi

Xaricdən məhsul sifariş edənlərin DİQQƏTİNƏ: Yeni qayda qüvvəyə mindi

Hazırda oxunan: Xaricdən məhsul sifariş edənlərin DİQQƏTİNƏ: Yeni qayda qüvvəyə mindi

616492

Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Sart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq.

Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.

Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır.
 

“SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə çıxış edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza” istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır.


Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO