Rusiya dronunun Rumıniyanı vurduğuna dair rəsmi sübutlar – FOTO

Rusiya dronunun Rumıniyanı vurduğuna dair rəsmi sübutlar – FOTO

Hazırda oxunan: Rusiya dronunun Rumıniyanı vurduğuna dair rəsmi sübutlar – FOTO

616450

Rumıniyanın Rusiya istehsalı olan pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalmasına dair rəsmi sənədlər üzə çıxıb.

Bizim.Media xəbər verir ki, ölkə Prezidenti Nikuşor Dan rəsmi ekspertiza hesabatında yer alan fotoşəkilləri ictimaiyyətə təqdim edib.

Lakin hadisə fonunda Rumıniya dövlət başçısının Britaniyanın məşhur "BBC" teleradio şirkətinin efirində səsləndirdiyi bəyanat daha böyük maraq doğurub.

Prezident qeyd edib ki, Rumıniya vətəndaşlarının zərər çəkməməsi üçün Rusiya Ukraynanın sərhədyanı şəhərlərinə endirdiyi zərbələrin taktikasını mütləq dəyişməlidir:

"Rusiyalılar Dunay çayının o tayındakı Ukrayna şəhərlərini vuran zaman Rumıniya vətəndaşlarına heç bir zərər vurmayacaqlarından tam əmin olmalıdırlar".








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO