Həştərxanın qubernatoru Mehriban Əliyevanı təbrik etdi
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Bizim.Media məktubu təqdim edir:
"Hörmətli Mehriban Arif qızı.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikasının milli birliyinin, suverenliyinin və davamlı inkişafının rəmzi olan bu bayram, eyni zamanda dövlətçilik ənənələrinə hörməti, sabitliyin möhkəmləndirilməsi və rifahın təmin olunması istiqamətində səyləri əks etdirir.
Bu əlamətdar gün münasibətilə ...