Şuşada yazılan MEDİA GÜNDƏLİYİ – Dünyanın media trendlərinin gələcəyi Qarabağda MÜZAKİRƏ OLUNUR
İnformasiya müharibələrinin dövlətlərarası münasibətlərə təsirinin artdığı, süni intellektin media sektorunu kökündən dəyişdirdiyi, dezinformasiyanın isə qlobal təhlükəsizlik məsələsinə çevrildiyi bir dövrdə beynəlxalq media platformalarının əhəmiyyəti daha da yüksəlib. Məhz belə bir şəraitdə Azərbaycanın təşəbbüsü ilə yaradılan Şuşa Qlobal Media Forumu qısa müddətdə təkcə fikir mübadiləsi aparılan beynəlxalq tədbir deyil, həm də qlobal media gündəliyinin formalaşdırıldığı nüfuzlu platformaya çevrilib.
13-14 iyul tarixlərində keçiriləcək IV Şuşa Qlobal Media Forumu bu ənənənin növbəti davamı olacaq. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...