Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə daha 5 küçədə təmir işlərinə başlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, iyulun 16-dan etibarən Nəsimi rayonunda Ağadadaş Qurbanov, Yasamal rayonunda Şeyx Məhəmməd Xiyabani və Nizami rayonunda Əliağa Kürçaylı küçələrində təmir işlərinə start veriləcək.
İyulun 17-dən isə Nizami rayonunda Cəlil Naxçıvanski küçəsində (8-ci km bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonunda Ayna Sultanova küçəsində təmir işləri aparılacaq.
AAYDA qeyd edib ki, təmir işləri müddətində göstərilən yol sahələrində işlərin gedişatına uyğun...