Sabahın HAVASI: 30 dərəcə isti olacaq
Azərbaycanda mayın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli azyağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlər...