Bakıda WUF13-ün ikinci günü işinə başladı
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işinə başlayıb.
Bizim.Media xəbər verir ki, bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti baş tutacaq.
Bundan başqa, forumun ikinci günündə rəsmi açılış mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.
Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin - Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyy...