Zakir Həsənov: “Ordumuz Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcək”
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya daxil olan təbrikdə deyilir:
“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Ümummilli Lider Heydər Əliyevin Az...