Cəlilabadda canavar kabusu: Yırtıcılar şəhər mərkəzinə qədər gəlib çıxdı - FOTO - VİDEO

Cəlilabadda canavar kabusu: Yırtıcılar şəhər mərkəzinə qədər gəlib çıxdı - FOTO - VİDEO

Hazırda oxunan: Cəlilabadda canavar kabusu: Yırtıcılar şəhər mərkəzinə qədər gəlib çıxdı - FOTO - VİDEO

615914

Cəlilabad rayonunda son iki ay ərzində canavarların yaşayış məntəqələrinə yaxınlaşması və təsərrüfatlara hücumları kəskin şəkildə intensivləşib. Xüsusilə şəhər mərkəzinə yaxın Həzi Aslanov və Rəşad Zeyniyev küçələri istiqamətində yırtıcı heyvanların görünməsi sakinlər arasında ciddi vahimə və narahatlıq yaradıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, canavarlar əsasən xırdabuynuzlu heyvanları hədəf alır. Nəticədə, çoxsaylı quzu və qoyun tələf olur.

Sakinlər bu hücumların artıq mütəmadi xarakter aldığını və vəziyyətin hər gün daha da ağırlaşdığını qeyd edirlər.

"38 baş heyvanımı məhv ediblər"

Yırtıcıların hücumundan ciddi ziyan çəkən rayon sakini Mahir Quliyev bildirib ki, təkcə onun təsərrüfatında son iki ayda 15 quzu və 23 qoyun canavarlar tərəfindən parçalanıb. Onun sözlərinə görə, bu vəziyyət ailəyə həm ciddi maddi ziyan vurub, həm də təsərrüfatın fəaliyyətini tamamilə iflic edib.

Sakinlər onu da vurğulayırlar ki, canavarların yaşayış evlərinin biraddımlığına qədər gəlməsi artıq təkcə mal-qaraya deyil, insanların, xüsusilə də azyaşlı uşaqların təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Bələdiyyə məsələyə münasibət bildirdi

Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri qeyd edib ki, yaranmış problem artıq nəzarətə götürülüb:

"Sakinlərin müraciəti əsasında sözügedən ərazidə araşdırmalar aparılır. Aidiyyəti qurumlarla birlikdə canavar təhlükəsinin qarşısının alınması və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO