Bu şəxslərin maaşından VERGİ tutulmur – RƏSMİ
Müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləri üçün dövlət tərəfindən bir sıra sosial təminatlar və güzəştlər nəzərdə tutulub. Bu güzəştlər əmək münasibətləri və vergi öhdəliklərini də əhatə edir.
Bəs bu kateqoriyadan olan şəxslər işlədikləri zaman hansı vergi imtiyazlarından yararlana bilərlər və güzəştlər konkret olaraq kimlərə şamil olunur?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin rəis müavini Günel Bəhramqızı bildirib ki, müharibə veteranları və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsində bi...