Liderlər Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.
Bizim.Media xəbər verir ki, dövlət başçılarına Mərkəz barədə məlumat verilib.
Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.
...