Dostları Hüseyn Dəryaya “Yat dostum”x9d dedilər

Dostları Hüseyn Dəryaya “Yat dostum”x9d dedilər

Hazırda oxunan: Dostları Hüseyn Dəryaya “Yat dostum”x9d dedilər

82955
Natavan Həbibi: “Vicdan əzabından qurtuldum”x9d xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

Beynəlxalq Mətbuat Mərkəzində mərhum reper Hüseyn Dəryaya həsr olunmuş “Yat, dostum”x9d adlı mahnıya çəkilmiş klipin təqdimatı olub. xa0xa0

Moderator.az xəbər verir ki, Dado və Natavan Həbibinin ifasında səslənən mahnını rejissor Kənan MM ekranlaşdırıb. Qeyd edək ki, mahnının sözləri Dadoya, musiqisi Nadir Nəğdpula məxsusdur.xa0

xa0 xa0Tədbiri giriş sözü ilə açan prodüser Sayqa Cahid bildirib ki, bu layihə Hüseyn Dəryanın doğum gününə həsr olunub:xa0

“İyunun 29-da əziz dostumuz, unudulmaz reper Hüseyn Dəryanın doğum günüdür. Biz- onun dostları bu layihəni həyata keçirib, ruhunu şad etmək istədik. Layihənin ideyası Dadodan gəldi. Klipi Kənan MM çəkdi. Layihənin əsas zəhmətini isə Hüseyn Dəryanın yoldaşı Sona xanım çəkib. Təəssüflər olsun ki, Kənan bu gün təqdimatda iştirak edə bilmir. Çünki təcili olaraq İstanbula uçdu. Çünki bileti öncədən alınmışdı”x9d. xa0xa0

xa0O, həmçinin Hüseyn Dəryanın çoxdan çıxması gözlənilən albomunun gecikmə səbəblərindən də danışıb:

xa0“17 trek artıq hazırdır. Hamısı onun sağlığında lentə alınan musiqilərdir. Onların içərisində müğənnilərlə oxuduğu duetlər də var. Amma maliyyə probleminə görə albomun işləri ləngiyir. Heç bir sponsor bu işə yaxın durmur. Halbuki bizim istədiyimiz çox pul deyil. Cəmi 5-6 min manatımız olsa, albomu üzə çıxararıq. Ona görə yardım etmək istəyən insanlara ancaq minnətdar olarıq”x9d.xa0

Natavan Həbibi layihəyə Sona xanımın dəvəti ilə qoşulduğunu bildirib:xa0

“Bu layihə mənə çox yardım oldu. Belə ki, Hüseyn Dərya sağ ikən biz bir duet oxumalı idik. Amma bu layihə heç cür gerçəkləşə bilmirdi. Ona görə yox ki, mən Hüseyn Dərya ilə işləmək istəmirdim. Vaxtında elə lazımsız insanlarla duet oxumuşam ki, indi peşmanam. Amma Hüseyn duet oxumaq istədiyim bir insan idi. Sadəcə qismət beləymiş. Amma sevinirəm ki, bu layihə vasitəsilə mən borcumu ödəmiş oldum. Vicdan əzabından qurtuldum. Hüseynlə oxuya bilmədim, amma onun üçün oxudum. Hüseyn kimi sənətkarı həmişə yaşatmaq lazımdır”x9d. xa0

“Biz birləşdik və bu iş alındı”x9d deyən Dado işin uğurlu alınmasına sevindiyini dilə gətirib:

xa0“Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Onu da deyim ki, klipin sonunda Kənanın şeirini eşidəcəksiniz. Bilirsiniz ki, o şeir yazır və Dərya ilə bağlı fikirlərini o da şeirlə çatdırır”x9d. xa0Qeyd edək ki, klipdə Dado, Kənan MM, Natavan Həbibi ilə yanaşı Hüseyn Dəryanın oğlu Cahangir Dərya da yer alıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO